📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin “əziz dost” adlandırdığı Ərdoğanla telefonla danışacaq

2023-05-29 16:01:00

Putin “əziz dost” adlandırdığı Ərdoğanla telefonla danışacaq

Hurriyyet.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışacağını bildirib. Peskov deyib: “Yaxın zamanda Putin ilə Ərdoğan arasında telefon söhbəti olacaq”.

Qeyd edək ki, V.Putin dünən R.T.Ərdoğanı yenidən prezident seçilməyi münasibətilə təbrik edib, “Akkuyu AES”-in tikintisi, qaz qovşağının yaradılması kimi məsələlərdə iki ölkə arasındakı əməkdaşlığın davam etməsinə Moskvanın böyük əhəmiyyət verdiyini bildirib.

Putinin Ərdoğana göndərdiyi teleqramda deyilir: “Əziz dost, yenidən prezident seçilməyiniz münasibətilə səmimi təbriklərimizi qəbul edin. Sizin Rusiya-Türkiyə arasındakı dost münasibətlərin möhkəmlənməsindəki şəxsi töhfənizi yüksək qiymətləndirik”.

Hürr Tərcüman