📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin generalı vəzifədən UZAQLAŞDIRDI

2021-12-28 23:51:00

Putin generalı vəzifədən UZAQLAŞDIRDI

Rusiya prezidenti Vladimir Putin Anatoli Yakunini Federal Penitensiar Xidmətin rəis müavini vəzifəsindən uzaqlaşdırıb.

Bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, general-leytenant Anatoli Yakuninin Federal Penitensiar Xidmətin rəis müavini işdən çıxarılmasını səbəbi açıqlanmayıb. Bəzi saytlar generalın belə mühüm vəzifədə az müddətdə qala bilməsini müəmmalı məqam kimi qiymətləndirirlər.

Qeyd edək ki, Yakunin 2020-ci il avqustun 3-dən rəis müavini olub, bundan əvvəl 2012-2016-cı illərdə isə Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinə rəhbərlik edib. \\AzVision.az