Putin gözlənilmədən səfərə çıxıb
2024-05-23 17:38:52
Hurriyyet.az xəbər verir ki, RF Prezidenti Vladimir Putin 23-24 may tarixlərində Aleksandr Lukaşenkonun dəvəti ilə Belarusda ikigünlük rəsmi səfərdə olacaq. Səfərlə bağlı əvvəldən açıqlama verilməyib.
Mayın 24-də Putin belarus həmkarı Aleksandr Lukaşenko ilə danışıqlar aparacaq.
Putinin səfərinin vaxtı Rusiya-Belarus birgə nüvə təlimlərinin keçirilməsi ilə üst-üstə düşür.
Hürr Tərcüman