📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin Gürcüstan vətəndaşları ilə bağlı qərar verdi

2023-05-10 14:28:00

Putin Gürcüstan vətəndaşları ilə bağlı qərar verdi

Hurriyyet.az xəbər verir ki, RF Prezidenti Vladimir Putinin mayın 10-da imzaladığı fərmana əsasən, Gürcüstan Respublikasının vətəndaşları üçün viza rejimi ləğv edilib.

Mayın 15-dən etibarən Gürcüstan vətəndaşları viza əldə etmədən Rusiyada 90 günə qədər qala bilərlər.

Putinin digər fərmanı ilə Rusiyanın aviaşirkətlərinin Gürcüstana uçuşuna qoyulan qadağa götürülüb və Gürcüstana tur satışlarının yasaqlanması qərarı ləğv edilib.

Hürr Tərcüman