📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin həbsxanadakı qiyamla bağlı iclas keçirir - Video

2024-08-23 16:33:01

Putin həbsxanadakı qiyamla bağlı iclas keçirir - Video

Rusiyanın Federal Penitensiar Xidmətinin rəhbərliyi ölkə Prezidenti Vladimir Putinə Volqoqrad vilayətində həbsxanada məhkumların qiyamı ilə bağlı məlumat verib. 

Hurriyyet.az xəbər verir ki, Putin sözügedən ciddi rejimli cəzaçəkmə müəssisəsindəki hazırkı vəziyyət barədə məlumatlandırılıb. 

Hazırda Rusiya lideri Təhlükəsizlik Şurasının iclasını keçirir. 

O, yaranmış vəziyyətlə əlaqədar Daxili İşlər Nazirliyi, Rusiya Milli Qvardiyasının rəhbərlərinin məruzələrini dinləyəcək. 

Xatırladaq ki, Volqoqradda bir neçə məhbus cəzaçəkmə müəssisənin əməkdaşlarını girov götürüb. Ən son məlumata görə, insident zamanı bir həbsxana əməkdaşı qətlə yetirilib, xəsarət alan 4 nəfər isə xəstəxanaya yerləşdirilib. 

qafqazinfo.az