📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin hər kvadrat kilometrə görə 167 əsgər itirir – ŞOK açıqlama

2025-07-12 21:05:56

Putin hər kvadrat kilometrə görə 167 əsgər itirir – ŞOK açıqlama

Finlandiya prezidenti Aleksandr Stubb Rusiyanın Ukraynada apardığı müharibənin nəticələri ilə bağlı sarsıdıcı rəqəmlər açıqlayıb.

Onun sözlərinə görə, bu il Rusiya Ukrayna ərazilərinin cəmi 0,25 faizini ələ keçirə bilib.

Bunun üçün isə hər kvadrat kilometrə görə 167 əsgər itki verib.

“Bu, çox yüksək qiymətdir. Bu, müasir tarixdə ən böyük taktiki və strateji səhvdir. O, Ukraynanı sakitləşdirmək istəyirdi, amma nəticədə Ukrayna Avropa İttifaqının üzvü olacaq və nəhayət NATO-ya da qoşulacaq”, – deyə Finlandiya prezidenti bildirib.

Ekspertlər hesab edirlər ki, bu statistika Kremlin Ukrayna siyasətinin uğursuzluğunu tam çılpaqlığı ilə ortaya qoyur. \\Musavat.com