📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin ilə Bayden gecəyarısı telefonla danışacaqlar

2021-12-30 15:30:00

Putin ilə Bayden gecəyarısı telefonla danışacaqlar

Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu gün ABŞ Prezidenti Co Bayden ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olacaq.

Peskov deyib: “Təşəbbüsü Putin irəli sürülb. İki ölkə arasındakı saat fərqi nəzərə alındıqda, seçilən vaxt (30 dekabr, Moskva vaxtı ilə 23.30)  tamamilə normaldır. Buna görə də burada heç bir problem yoxdur, siz bilirsiniz ki, Rusiya Prezidenti üçün gec saatlar heç vaxt problem olmayıb, üstəlik, o, bəzən gecəyə qədər fəal işləyir”.

Telefon danışığı zamanı 10,11,12 yanvar tarixlərində keçiriləcək danışıqlarda gündəmdə olacaq məsələlər müzakirə olunacaq. 2022-ci il yanvarın 10-da Moskva ilə Vaşinqton arasında Ukraynadakı vəziyət və strateji təhlükəsizlik məsələlərinə həsr olunmuş danışıqlar başlanacaq”.

Hürr Tərcüman