Putin ilə Ərdoğan nə vaxt və harada görüşəcəklər?
2024-06-20 10:43:27
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Türkiyə ilə Rusiya dövlətlərinin başçıları Astanada görüş keçirə bilərlər.
3-4 iyul tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin keçirilməsi planlaşdırılır.
Türkiyə mətbuatının yazdığına görə, həmin sammitdə Türkiyə Prezidenti R.T.Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putinin görüşü keçirilə bilər.
"Habertürk" kanalına məlumat verən mənbələrin sözlərinə görə, prezidentlərin görüşündə Ukraynadakı vəziyyət, taxıl müqaviləsi, Akkuyu AES-inin tikintisinin gedişatı, qaz qovşağının qurulması və Suriyanın şimalındakı vəziyyət müzakirə edilə bilər.
Hürr Tərcüman