Putin ilə Lukaşenko Belarusda birgə təlim planını təsdiqləyiblər
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko 2022-ci ildə Belarus ərazisində birgə hərbi təlimlər keçirilməsi ilə bağlı planı təsdiqləyiblər. BELTA agentliyinin məlumatında, bu açıqlamanın Sankt-Peterburqda, dövlət başçılarının görüşünün rəsmi hissəsində verildiyi bildirilir.
Lukaşenko qeyd edib ki, ölkələrin hərbi sahədə əməkdaşlığı dayandırmamasını çoxdan rusiyalı həmkarından xahiş edirmiş: “Siz həmişə bu planda məni dəstəkləmisiniz. Mən də sizə müraciət edib, birgə təlimlərimizi dayandırmamalı olduğumuzu dedim. Uşaqlarımızı Rusiyadan aldığımız yeni hərbi texnikadan istifadə eləməyə öyrətmək üçün mərkəzlərin yaradılmasına davam eləməliyik”.
Hürr Tərcüman