Putin ilə Rəisi Rəşt-Astara dəmir yolu tikintisi üzrə saziş imzalanmasında...
2023-05-17 14:39:00
Putin və Rəisi Rəşt-Astara dəmir yolunun tikintisinə dair sazişin imzalanması mərasimində iştirak ediblər. Belə ki, Moskva Rusiyanı Qərb ölkələri ilə birləşdirən nəqliyyat əlaqələrinin virtual blokadası şəraitində yeni logistikanın formalaşdırılması üçün fəal addımlar atır.
Azərbaycan Şimal-Cənub marşrutunun qərb hissəsində əsas tranzit ölkədir və İranla siyasi gərginliyə baxmayaraq, Bakı Şimal-Cənub logistikasından kifayət qədər səmərəli istifadə edir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Şimal-Cənub və Cənub-Qərb marşrutları çərçivəsində həyata keçirdiyi iri infrastruktur layihələrindən biri də Astara yük terminalının tikintisi olub.
Ülviyyə, Hurriyyet.az