📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin İlham Əliyevə təşəkkür etdi

2026-03-27 19:04:18

Putin İlham Əliyevə təşəkkür etdi

Rusiya Prezidenti Vladimir Putin Bakıdakı Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına göstərilən diqqət və dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

“Qafqazinfo” xəbər verir ki, Rusiya lideri bu barədə Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının binasının açılış mərasiminə videobağlantı vasitəsilə qatılarkən bildirib.

Vladimir Putin vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasındakı münasibətlər ortaq tarixi keçmişin və mədəni irsin möhkəm təməli üzərində uğurla inkişaf edir. Bakıda 100 ildən artıqdır fəaliyyət göstərən Rus Dram Teatrının fəaliyyətini yüksək qiymətləndirən Putin hər iki ölkədəki bu teatr səhnələrinin xalqlar arasında mühüm mədəniyyət körpüsü rolunu oynadığını qeyd edib.

Xatırladaq ki, Dərbənddəki Azərbaycan Dövlət dram Teatrının  binası əsaslı yenidənqurmadan sonra bu gün istifadəyə verilib və mərasimdə hər iki ölkənin rəsmi nümayəndələri iştirak ediblər.