Putin İmran Xan ilə görüşəcək
2022-02-22 15:45:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Kremlin təmsilçisi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin Pakistanın Baş naziri İmran Xan ilə görüş keçirməyi planlaşdırdığını bildirib.
Mətbuat katibinin sözlərinə görə, danışıqlar cümə axşamı keçiriləcək.
Peskov deyib: “Pakistanın Baş naziri ilə görüş cümə axşamı gününə planlaşdırılır”.
Axırıncı dəfə Pakistanın Baş naziri 1999-cu ilin martında Rusiyaya gedib. O zaman Baş nazir postunu Navaz Şərif tuturdu.
Hürr Tərcüman