📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin İran prezidenti ilə danışdı

2023-06-26 16:36:00

Putin İran prezidenti ilə danışdı

Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı aparıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.

Məlumata görə, İran rəhbəri iyunun 24-də Rusiyadakı silahlı üsyana cəhdlə bağlı Rusiya rəhbərliyinə tam dəstəyini ifadə edib.

Bundan əlavə, tərəflər ticarət, energetika və nəqliyyat sahəsində razılaşmaların praktiki həyata keçirilməsini vurğulamaqla Moskva və Tehran arasında gələcək inkişaf perspektivlərini müzakirə ediblər./axar.az/