📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin Kim Çen Inla görüşdü - Video

2023-09-13 09:33:12

Putin Kim Çen Inla görüşdü - Video

Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In Amur vilayətində “Vostoçnıy” kosmodromunda görüşüblər.

Hurriyyet.az xəbər verir ki, iki lider arasında həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar gözlənilir. 

Kremlin rəsmi sözçüsü Dmitri Peskovun daha əvvəl verdiyi açıqlamaya görə, görüş zamanı iki ölkə arasında əməkdaşlıq, eləcə də regional və beynəlxalq məsələlər müzakirə ediləcək. 

Qeyd edək ki, Şimali Koreya lideri Putinin dəvəti ilə sentyabrın 12-si Rusiyaya səfər edib.

qafqazinfo.az