📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Putin Kiyevi işğal etdikdən sonra burada vassalını otuzdurmağa hazırlaşır" - ELXAN ŞAHİNOĞLU

2022-03-04 10:58:00

"Ukraynalılar Hitler Almaniyasına qarşı savaşda ön sıralarda idi, indi də Putin Rusiyasına təslim olmaq istəmirlər"

"Vladimir Putin keçmiş SSRİ-nin alman fazişmi üzərində qələbəsiylə hər zaman öyünür, atasının bu müharibədə iştirakını daim misal çəkir. Ancaq beynəlxalq aləmdə istər-istəməz Rusiyanın Ukraynaya hərbi müdaxiləsini Hitler Almaniyasının keçmiş SSRİ-yə hücumuyla müqayisə edirlər". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloq qeyd edib ki, Hitlerin qoşunları da Ukraynaya hücum zamanı şəhərləri bombardman edirdi, Putin Rusiyası da eynisini edir: "Hitlerin qoşunları da zəbt etdikləri Ukrayna ərazilərində vassallar təyin edirdi, Putin də Kiyevi işğal etdikdən sonra burada vassalını otuzdurmağa hazırlaşır. Ukraynalılar Hitler Almaniyasına qarşı savaşda ön sıralarda idi, indi də Putin Rusiyasına təslim olmaq istəmirlər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az