📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin Lavrov və Şoyqu ilə görüşəcək

2022-02-14 15:14:00

Putin Lavrov və Şoyqu ilə görüşəcək

Rusiya Prezidenti Vladimir Putin bu gün xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu ilə görüşəcək.

Hurriyyet.az-ın Moskva müxbirinin məlumatına görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

"Bu gün prezident digər görüşlərlə yanaşı, xarici işlər naziri Lavrov və müdafiə naziri Şoyqu ilə görüşəcək”, - Kremlin sözçüsü vurğulayıb.

Peskov Putinin bu gün Kremldə çalışacağını da söyləyib.