Putin Lenini “Ukraynanın memarı” adlandırdı
2022-02-22 11:35:00
Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Lenini “Ukraynanın müəllifi və memarı” adlandırıb.
Ukrayna dövlətinin ərazi bütövlüyünü və suverenliyini inkar edən Putin onun tarixindən istehzalı tonda bəhs edib.
Putin dünən televiziya ilə əhaliyə müraciətində deyib: “Bolşevik siyasətinin nəticəsində sovet Ukraynası meydana çıxdı, onu bizim günlərimizdə tam əsasla “Vladimir İliç Lenin adına Ukrayna” adlandırmaq olar, onun müəllifi və memarı odur, bu, Leninin Donbass üzrə sərt direktivləri də daxil olmaqla, arxiv sənədləri ilə tam təsdiqlənir. Donbassı sözün hərfi mənasında Ukraynanın tərkibinə yerləşdiriblər”.
Hürr Tərcüman