"Putin "Lockheed Martin"ə təsəvvür edilməz dərəcədə müştəri qazandırıb" - XAQANİ CƏFƏRLİ
"ABŞ-ın hərbi sənaye kompleksinə belə böyük sifarişlərin verilməsi tarixdə ilk dəfədir"
"Dünyada ən öncül silah və hərbi texnika istehsalçısı olan "Lockheed Martin" şirkəti Putinin Ukraynaya qarşı müharibə avantürasından ən çox qazanan şirkətdir. Putin sərsəm hərəkəti ilə "Lockheed Martin"ə təsəvvür edilməz dərəcədə müştəri qazandırıb. Çexiya, Rumıniya, Polşa, Finlandiya, Danimarka və Noveç Lockheed Martin-dən 250 yaxın beşinci nəsil F-35 qırıcısı alacaq". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib.
Politoloq bildirib ki, Böyük Britaniya başda olmaqla, əksər Avropa ölkələri "Lockheed Martin"dən M270A2 ÇNRA özüyeriyən artilleriya qurğuları, bir sıra ölkələr isə məşhur "Apache" helikopteri almaq istəyir: "ABŞ özü də "Lockheed Martin"ə sifarişlərini artırıb. Məlumatlara görə, "Lockheed Martin" sifarişlərin çoxluğuna görə yeni təklifləri rədd edir. ABŞ-ın hərbi sənaye kompleksinə belə böyük sifarişlərin verilməsi tarixdə ilk dəfədir. "Lockheed Martin"də zarafatla deyirlər ki, bu sifarişlərə görə Putinə minətdardılar".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az