Putin Lukaşenko ilə görüşdü: mühüm razılaşmalar...
Belarus və Rusiya prezidentləri Qərbin sanksiyaları, o cümlədən enerji qiymətləri ilə bağlı qarşılıqlı dəstək üçün addımlar barədə razılığa gəliblər.
Hurriyyet.az xəbər verir ki, bu sözləri Belarus Prezidentinin mətbuat katibi Natalya Eysmont Rusiya və Belarus liderləri Putin və Lukaşenkonun ötən gün Moskvada baş tutan görüşü haqda deyib.
“Danışıqların ikinci hissəsi ikitərəfli münasibətlərin aktual məsələlərinə, Qərbin və ABŞ-ın şiddətli təzyiqi, Rusiya və Belarusa qarşı başlayan hibrid müharibə ilə əlaqədar əməkdaşlığın qurulmasına həsr olunub”, - o bildirib.
Onun sözlərinə görə, konseptual olaraq, dövlət başçıları sanksiya təzyiqi, o cümlədən enerji qiymətləri ilə bağlı qarşılıqlı dəstəyin göstərilməsi üçün birgə addımlar barədə razılılaşıblar.
Danışıqlar zamanı ölkələr arasında sənaye, kənd təsərrüfatı, yükdaşıma sahələrində əməkdaşlıq məsələlərinə də toxunulub.
Əlavə edilib ki, maliyyə sektorunda da liderlər qarşılıqlı faydalı razılaşmalar əldə ediblər.