📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin MDB rəhbərlərini görüşə dəvət edib

2022-12-09 18:36:00

Putin MDB rəhbərlərini görüşə dəvət edib

Hurriyyet.az xəbər verir ki, Yeni ilə qədər MDB liderlərinin Sankt-Peterburqda qeyri-formal görüşü keçiriləcəkdir.

Bu xəbəri Rusiya Prezidenti Vladimir Putin Avrasiya İqtisadi Şurasının iclasında verib.

Putin deyib: “Bizim bugünkü işimizin çərçivəsindən kənar olaraq xatırlatmaq istəyirəm ki, biz sizi  Yeni ildən əvvəl MDB liderlərinin Sankt-Peterburqda keçiriləcək qeyri-formal görüşündə gözləyirik”.

Rusiya liderinin Yeni il ərəfəsində MDB ölkələrinin qeyri-formal sammitini təşkil eləməsi artıq ənənəyə çevrilib.

Hürr Tərcüman