📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Putin məndən xahiş etdi ki, mesajını sizə çatdırım" - Prezident Zelenski ilə görüşdə şok açıqlama verdi

2022-10-27 12:05:00

Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə Qvineya-Bisau prezidenti Umaru Sisoku Embalo ilə görüşüb. 

Hurriyyet.az xəbər verir ki, Qvineya-Bisau prezidenti Zelenskiyə Putindən Rusiyanın Ukrayna ilə “körpülər və dialoq qurmaq” istədiyi barədə “siqnal”ı çatdırıb. 

Sisoku Embalo bildirib: "Dünən Rusiyada idim, prezident Putinlə görüşdüm. O, məndən sizə bir mesaj çatdırmağımı, sizinlə danışmağımı istədi. Mənə prezident Zelenski ilə danışıqlara hazır olduğunu bildirdi". 

Zelenski "Danışıqlara hazır olan Putin 400 pilotsuz təyyarə ilə ukraynalıları vurub"  cavabını verib.

Yenisabah.az