Putin: “Moskva İrəvanla Bakı arasında danışıqları təşkil eləməyə hazırdır”
2023-10-13 13:28:46
Hurriyyet.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Qarabağ məsələsini ətraflı müzakirə etdiyini bildirib.
O, Moskvanın Bakı ilə İrəvan arasında danışıqları təşkil etməyə hazır olduğunu söyləyib: “Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin hazırlanması gündəmdədir və biz buna hər cür kömək etməyə hazırıq”.
O, hələlik müzakirələrin nazirlər səviyyəsində aparıldığını deyib.
Putin deyib: “Rusiya sülhməramlıları Qarabağda öz öhdəliklərini vicdanla yerinə yetirdilər”.
Hürr Tərcüman