"Putin müasir dünya tərəfindən təcrid edilir, "salam verilməz adam" statusuna endirilir" - ŞAHİN CƏFƏRLİ
"Bizdə isə bəzi adamlar təbliğat aparırlar ki, Putinin hakimiyyətdə qalması milli maraqlarımıza uyğundur və ondan bərk yapışmalıyıq"
"ABŞ Senatı Putini savaş suçlusu elan edib. Bu barədə qətnamə respublikaçı senator Lindsi Qrem tərəfindən təklif edilib və yekdilliklə qəbul olunub". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib.
Siyasi şərhçi hesab edir ki, qərar administrasiya üçün hüquqi məcburiyyət yaratmasa da, demokrat və respublikaçılar tərəfindən yekdilliklə qəbul olunması önəmli faktdır: "Heç bir ABŞ hökuməti bunu gözardı edə bilməz. Konqresdə yekdillik çox nadir rast gəlinən hadisədir. Putin müasir dünya tərəfindən təcrid edilir, küncə sıxışdırılır və "salam verilməz adam" (nerukopojatnıy) statusuna endirilir".
Şahin Cəfərlinin sözlərinə görə, bizdə isə bəzi adamlar təbliğat aparırlar ki, Putinin hakimiyyətdə qalması milli maraqlarımıza uyğundur və ondan bərk yapışmalıyıq.
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az