📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin müharibəyə görə “iki od arasında” qalıb

2022-05-24 13:07:00

Putin müharibəyə görə “iki od arasında” qalıb

Ukraynadakı müharibəyə görə Rusiya elitası arasında ölkə Prezidenti Vladimir Putindən narazı olanların sayı xeyli artıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Meduza” Kremlə yaxın mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, həm sülh istəyənlər, həm də müharibənin davam etdirilməsinin tərəfdarları Rusiya liderindən narazıdırlar:

“Biznes və bir çox hökumət üzvləri prezidentin sanksiyaların miqyasını düşünmədən müharibəyə başlamasından narazıdırlar, belə sanksiyalarla normal yaşamaq mümkün deyil. Digərlərini isə xüsusi əməliyyatın tempi qane etmir. Onlar daha qətiyyətli davrana biləcəklərini düşünürlər. Müharibə tərəfdarları (ilk növbədə təhlükəsizlik qüvvələri) hesab edirlər ki, daha sərt hərəkət etmək, ehtiyatda olan hərbçilərin geniş səfərbərliyini həyata keçirmək, qələbəyə qədər mübarizə aparmaq lazımdır”, - mənbə bildirib.