“Putin NATO ilə toqquşmaq istəmir” – Lukaşenko nüvə təhlükəsindən danışdı
Planetimiz məhv ola bilər
Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin NATO hərbi ittifaqı ilə toqquşmaq istəmədiyini bildirib. Lukaşenko bu gün Minskdəki çıxışında deyib: “Çox güman ki, o, NATO ilə qlobal qarşıdurma baş verməsini istəmir... Bundan istifadə edin və bunun baş verməməsi üçün hər şeyi edin”.
Lukaşenko nüvə silahından istifadənin yolverilməz olduğunu da bəyan edib. Lukaşenko deyib: “Rusiya buna qabildirmi – bu, Rusiya rəhbərliyinə verilməli olan sualdır. Nüvə silahından istifadə təkcə ona görə yolverilməz deyil ki, biz Birləşmiş Ştatlar kimi okeanın o tayında deyilik, həm də ona görə yolverilməzdir ki, bu silah planetimizi məhv edə bilər”.
Hürr Tərcüman