📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Putin NATO qapılarını bağlaya bilmədi" - Stoltenberq

2023-04-04 23:34:00

“Finlandiyanın NATO-ya daxil olması hərbi alyans üçün “həqiqətən tarixi an”dır. Bu addım Rusiya qoşunlarının Ukraynaya daxil olmasının birbaşa nəticəsidir”.

Hurriyyet.Az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

“Bir müddət əvvəl biz Finlandiyanın NATO-ya üzv olmasını ağlasığmaz hesab edirdik. İndi onlar bizim ittifaqın tamhüquqlu üzvüdürlər və bu, həqiqətən də Finlandiyanın suveren, müstəqil ölkə olduğunu nümayiş etdirən tarixi faktdır”, – deyə Stoltenberq deyib.

Dövlətin Rusiya ilə 1300 km sərhədi olsa da, Stoltenberqin sözlərinə görə, NATO qoşunları Finlandiyada yalnız bu ölkənin razılığı ilə yerləşdiriləcək.

Stoltenberq jurnalistlərə həmçinin Finlandiya ilə eyni vaxtda alyansa qoşulmaq niyyətini açıqlayan İsveçin “tezliklə” üzv olmasını gözlədiyini bildirib. \\Konkret.Az