📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin NATO-ya yeni hərbi blokun qoşulacağını söylədi

2023-08-15 13:33:00

Putin NATO-ya yeni hərbi blokun qoşulacağını söylədi

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, RF Prezidenti Vladimir Putin XI Moskva Beynəlxalq Təhlükəsizlik konfransındakı videomüraciəti zamanı  NATO-nun AUKUS (Avstraliya, Böyük Britaniya, ABŞ) bloku ilə tam inteqrasiya eləməyə hazırlaşdığını söyləyib.

Putin deyib: “ABŞ Asiya-Sakit okean regionundakı dövlətlərarası münasibət sisteminində özü üçün islahatlar aparmağa çalışır. Qondarma Hind-Sakit okeanları strategiyası mahiyyətcə Vaşinqtonun nəzarətində olan hərbi-siyasi birliklər yaratmağa yönəldilib”.

“İstisna etmirik ki, bu işlər AUKUS blokunun yaradılmaqda olan strukturlarının NATO qüvvələri ilə tam inteqrasiyasına aparır”.

RF MN başçısı Sergey Şoyqu isə Rusiyanın AUKUS birliklərinin hərbi atom texnologiyaları sahəsindəki layihələrindən narahat olduğunu bildirib.

Hürr Tərcüman