Putin: “O torpaqları Polşaya Stalin bağışlayıb”
2023-07-21 16:14:00
“Lazım gələrsə, xatırladarıq”
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Polşa dövlətinin qərb ərazilərinin SSRİ lideri İosif “Stalinin polyaklara hədiyyəsi” olduğunu bəyan edib.
Vladimir Putin iyulun 21-dəki çıxışında deyib: “Məhz Sovet İttifaqının sayəsində, Stalinin mövqeyinin sayəsində Polşa Qərbdə böyük torpaqlara, Almaniyanın torpaqlarına sahibləndi. Varşava bunu unuda bilər. O halda xatırlatmağa hazırıq”.
Hürr Tərcüman