📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin onun qarşısında "diz çökdü"

2026-03-21 16:16:09

Putin onun qarşısında

Rusiyada Kremldə paralimpiyaçılara dövlət mükafatlarının təqdim olunması mərasimi keçirilib.

Hurriyyet.az xəbər verir ki, mərasim zamanı Rusiya prezidenti Vladimir Putin əlil arabasında hərəkət edən Paralimpiya Oyunları çempionu xizəkçi Ivan Golubkovu "Dostluq" ordeni ilə təltif edərkən diz çöküb.

Təltifetmə mərasimi Kremlində baş tutub. Putin çıxışı zamanı Rusiya paralimpiya milli komandasının çıxışını yüksək qiymətləndirərək onları "həqiqətən inanılmaz nəticələr" münasibətilə təbrik edib.

Qeyd edilib ki, İtaliyada keçirilən son Paralimpiya yarışları Soçi 2014-dən sonra rusiyalı idmançıların ilk dəfə öz bayraqları və himnləri ilə iştirak edə bildiyi yarışlar olub.

Mərasim zamanı paralimpiyaçılara müxtəlif dövlət mükafatları təqdim edilib və onların beynəlxalq yarışlardakı uğurları xüsusi qeyd olunub. /Musavat.com