📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Putin onunla görüşməyəcək”

2026-08-26 12:37:20

“Putin onunla görüşməyəcək”

“Rusiya Prezidenti Vladimir Putinin qrafikində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retklifflə görüş yoxdur”.

Hurriyyet.media  xəbər verir ki, bunu “İnterfaks”a açıqlamasında Kremlin rəsmi sözçüsü Dmitri Peskov bildirib. 

Putinlə Retkliff arasında görüşün olub-olmayacağı ilə bağlı suala cavab verən Peskov “Prezidentlə görüş olmayacaq” sdeyə vurğulayıb.

Xatırladaq ki, CIA direktoru Con Retkliffin Rusiya rəsmiləri ilə danışıqlar aparmaq üçün Moskvaya gözlənilmədən səfər etdiyi məlum olub. Bununla belə, amerikalı rəsminin Rusiyada məhz kiminlə görüşəcəyi açıqlanmayıb.