Putin ordunun Rostovdakı qərargahına yollandı - Video
2023-10-20 10:07:51
Rusiya Prezidenti Vladimir Putin Silahlı Qüvvələrin Rostov şəhərindəki qərargahına gedib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
“Permdən qayıdan Rusiya Prezidenti Vladimir Putin Rostovda olub və burada Rusiya Silahlı Qüvvələrinin qərargahına baş çəkib. Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov hərbi təlimlər zamanı işin vəziyyəti barədə prezidentə məruzə edib. Müdafiə Nazirliyinin rəhbər heyətinin nümayəndələri ilə digər söhbətlər də olub”, - o bildirib./axar.az/