Putin öz ordusunu və Ukraynanı yanlış dəyərləndirdi-Britaniya kəşfiyyatından hesabat
Britaniyanın elektron kəşfiyyatı "GCHQ"nin rəhbəri Ceremi Fleminq bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynaya hücumdan əvvəl həm ordusunun, həm də düşmənin gücünü qeyri-adekvat qiymətləndirirdi və indi o, real vəziyyətlə bağlı hesabat verməkdən çəkinir.
"Putin vəziyyəti dəyərləndirərkən çox yanıldı. Biz düşünürük ki, Putinin məsləhətçiləri indi ona həqiqəti söyləməkdən qorxurlar", deyə Ceremi Fleminq çərşənbə günü Kanberradakı Avstraliya Milli Universitetində çıxışında bildirib. Fleminqin fikrincə, Putin bir tərəfdən ordusunun imkanlarını ifrat şişirdilmiş qiymətləndirirdi, digər tərəfdən isə ukraynalılardan bu qədər müqaviməti və Rusiyanı koordinasiyalı sanksiyalarla vuran Qərb ölkələrinin bu qədər yekdilliyini, qətiyyətini gözləmirdi.
Fleminq çıxışında bildirib ki, Britaniyanın Ukraynadakı bəzi rus əsgərlərinin əmrləri yerinə yetirməkdən boyun qaçırması, bəzən öz texnika və avadanlıqlarına ziyan vurması, bir dəfə də "təsadüfən" təyyarələrini vurması ilə bağlı kəşfiyyat məlumatları var.
Ülviyyə, Hurriyyet.az