📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin Özbəkistanda bağçalardan ali məktəblərə qədər rus dilinin tədrisi ilə bağlı layihələrdən danışıb

2021-11-17 17:30:00

Putin Özbəkistanda bağçalardan ali məktəblərə qədər rus dilinin tədrisi ilə bağlı layihələrdən danışıb

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Путин Özbəkistanda rus dilinin tədrisi ilə bağlı layihələrdən danışıb. Onun sözlərində görə, Özbəkistanın uşaq bağçalarında və məktəblərində rus dilinin tədrisinin keyfiyyətinin yüksəlməsi məqsədi ilə bir sıra layihələr hazırlanıb: “Respublikada Rusiyanın ali məktəblərinin 14 filial və nümayəndəliyi fəaliyyət göstərir. Gələn ildən onların sayı 16-ya çatacaq. Daşkənddə isə Sankt-Peterburq dövlət universitetinin filialı işə başlayacaq. Həmçinin, Özbəkistanın uşaq bağçalarında və məktəblərində rus dilinin tədrisinin keyfiyyətinin yüksəlməsi məqsədi ilə bir sıra layihələr hazırlanır”.

Hürr Tərcüman