"Putin özünə nəzarəti itirə bilər" - XAQANİ CƏFƏRLİ
"Uzun illər bizə böyük xalq kimi təqdim edilmiş rus xalqının bir psixopatın 23 illik hakimiyyətinə dözməsi isə onu göstərir ki, rus xalqı təqdim edildiyi kimi böyük xalq deyilmiş"
"Kaliforniya Universitetinin psixiatriya və insan davranışı kafedrasının professoru, şəxsiyyət pozğunluqları üzrə dünyaca məşhur mütəxəsis Ceyms Fallonun diaqnozuna görə, Rusiya prezidenti Vladimir Putin başqalarının əzab və işgəncə görməsindən həzz alan psixopatdır". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli bildirib.
Politoloqun sözlərinə görə, məşhur alim hesab edir ki, Putin özünə nəzarəti itirə bilər: "Uzun illər bizə böyük xalq kimi təqdim edilmiş rus xalqının bir psixopatın 23 illik hakimiyyətinə dözməsi isə onu göstərir ki, rus xalqı təqdim edildiyi kimi böyük xalq deyilmiş".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az