📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin Paşinyana Bakı səfərindən danışıb

2024-08-23 13:54:18

Putin Paşinyana Bakı səfərindən danışıb

Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan RF Prezidenti Vladimirlə telefonla danışıb. Bu barədə Ermənistanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat verib. Məlumatda Rusiya Prezidentinin ötən həftə Azərbaycana etdiyi səfər barəsində təəssüraflarını Nikol Paşinyanla paylaşdığı bildirilir. Paşinyan buna görə Putinə minnətdarlığını bildirib. Tərəflər yaxın zamanda görüşmək, Ermənistan ilə Rusiya arasında gündəlikdə olan məsələləri müzakirə etmək barəsində razılaşıblar.
Hürr Tərcüman