📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin Paşinyanı görüşə çağırıb

2024-10-08 15:48:16

Putin Paşinyanı görüşə çağırıb

Hurriyyet.az xəbər verir ki, RF Prezidenti Vladimir Puti Ermənistanın Baş naziri Nikol Paşinyana Kazanda keçiriləcək BRİKS sammiti günlərində ikitərəfli görüşməyi təklif edib.
Putin bu gün Moskva şəhərində Nikol Paşinyan ilə görüşü zamanı deyib: "Sizi Kazanda, BRİKS sammitində gözləyirəm. Ümidvaram ki, maraqlı və faydalı tədbir olacaq. Çoxlu görüşlər keçiriləcək. Biz ikitərəfli görüş də keçirərik. Onlarla ölkədən gələn iştirakçı həmkarlarımızla görüşmək imkanı da olacaq".
Növbəti BRİKS sammitinin 22-24 oktyabr tarixlərində Kazanda keçirilməsi planlaşdırılır. Ümumilikdə tədbirdə 33 beynəlxalq nümayəndə heyəti, o cümlədən, azı 26 dövlətin rəhbəri iştirak edəcək. 
Hürr Tərcüman