📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin Paşinyanın görüşə gecikməsindən narazı qaldı - Video

2022-12-09 17:31:00

Putin Paşinyanın görüşə gecikməsindən narazı qaldı - Video

Xəbər verdiyimiz kimi, Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilir.

Hurriyyet.az xəbər verir ki, “qafqazinfo”nun Ermənistan mediasına istinadən məlumatına görə, Paşinyan sözügedən görüşə gecikərək Putini bir müddət gözlədib.

Bununla bağlı görüntülər isə erməni teleqram kanallarında paylaşılıb. Görüntülərdən Putinin yaranmış vəziyyətdən narahat olduğunu və narazı qaldığını görmək mümkündür.

Xatırladaq ki, müxtəlif vaxtlarda keçirilən görüşlərdə Putini türkiyəli və qırğız həmkarları Rəcəb Tayyib Ərdoğan və Sadır Japarov da gözlədib.