📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Putin Paşinyanın zənglərinə cavab vermir”

2023-09-15 09:56:13

“Putin Paşinyanın zənglərinə cavab vermir”

Hurriyyet.az xəbər verir ki, “Hraparak” qəzetinin yazdığına görə, Ermənistan Prezidenti Nikol Paşinyan rusiyalı həmkarı Vladimir Putinə ötən həftə zəng etsə də, Kremldə telefon zənginə cavab verən olmayıb.

Nəşrin məlumatına görə, bundan sonra Paşinyan Putinə geniş məktub göndərib.

Qəzet yazır: “Hökumətə yaxın olan mənbə bildirir ki, həmin məktubda Nikol Paşinyan Ermənistanda hökm sürən antirusiya proseslərinə görə özünə bəraət qazandırmağa çalışır. Paşinyanın çıxışlarına baxsaq, görərik ki, sentyabrın 9-dan sonra o, Rusiya Federasiyasına qarşı mövqeyini yumşaltmağa çalışıb”.

Hürr Tərcüman