📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin Paşinyanla telefonla danışdı

2024-06-01 15:03:01

Putin Paşinyanla telefonla danışdı

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Rusiya Prezidenti Ermənistanın Baş nazirini ad günü münasibətilə təbrik edib.

“Danışıq zamanı ikitərəfli gündəlikdəki bəzi aktual məsələlərə toxunulub”, - Rusiya liderinin mətbuat xidmətindən söhbətin məzmunu ilə bağlı bildirilib.

Ermənistan hökumətinin məlumatına görə, Paşinyan təbrikə görə Putinə təşəkkür edib, həmçinin, Rusiya Dəmir Yollarına Lori rayonunda daşqın nəticəsində dağılmış dəmir yolu relslərinin tez bir zamanda bərpası barədə verdiyi göstərişi yüksək qiymətləndirib.

yeniavaz.com