📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin prezident Ərdoğana Kiyevdən şikayət edib

2023-01-17 16:27:00

Putin prezident Ərdoğana Kiyevdən şikayət edib

Putin və Ərdoğan telefon açaraq Rusiya və Ukrayna arasında əsir mübadiləsi məsələsini müzakirə edərək, yaralılara diqqət çəkiblər. Söhbət zamanı Putin Qərbin dəstəyi ilə hərbi əməliyyatların intensivləşməsinə arxalanan Kiyevin destruktiv xəttinə diqqət çəkib, başqa sözlə ukraynalıları işğala dirəndiklərinə görə tənqid edib. Belə də demək olar ki, Putin prezident Ərdoğana Kiyevin qiybətini edib.

Ukraynadakı münaqişənin müzakirəsi zamanı Putin vurğulayıb ki, Kiyevin ikiüzlü siyasətinin nümunəsi pravoslav Milad bayramı zamanı atəşkəsin dayandırılması təklifinin rədd edilməsidir. Bundan əlavə, taxıl sazişinin icrasının gedişi nəzərdən keçirilib, Suriya məsələsi müzakirə edilib və prezidentlər iki ölkə arasında əməkdaşlığı, o cümlədən qaz qovşağı layihəsi üzrə inkişaf etdirmək niyyətlərini təsdiqləyiblər.

P.S. Burada deyirlər ki, utanmasan oynamağa nə var ki....

Ülviyyə, Hurriyyet.az