📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin Prezidentlərə üzük bağışladı - Foto

2022-12-27 21:10:00

Putin Prezidentlərə üzük bağışladı - Foto

Xəbər verdiyimiz kimi, dekabrın 26-sı Rusiyanın Sankt-Peterburq şəhərində MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammiti keçirilib. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.

Hurriyyet.Az-ın “Kommersant”a istinadən məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin sammit iştirakçılarına xüsusi hazırlanmış üzük bağışlayıb. Onların arasında Azərbaycanın dövlət başçısı da var.

Məlumata görə, ağ və sarı qızıl metala bənzəyən hər üzüyün üzərində MDB-nin simvolu və “2023-cü iliniz mübarək” sözləri yer alıb. Bununla yanaşı, üzüklərdə sammitin keçirildiyi Rusiyanın da adı qeyd olunub.

Bildirilir ki, üzüyü sammit iştirakçıları arasından ilk Belarus Prezidenti Aleksandr Lukaşenko taxıb. Belarusun “Pul Pervoqo” teleqram kanalı sözügedən üzüyün fotosunu yayıb:

 


 

Qafqazinfo