Putin Priqojinə nə edəcək? – Lukaşenko "Vaqner" üçün Rusiyaya gedir
Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Belarus Prezidenti yaxın günlərdə RF Prezidenti Vladimir Putinlə görüşəcəyini və onunla birlikdə “Vaqner” məsələsini” müzakirə edəcəklərini bəyan edib. Bu barədə “Belra” agentliyi məlumat yayıb.
Lukaşenko deyib: “Priqojin azadlıqdadır. Sonra onunla nə olacaq? Həyatda hər şey olur. Elə bilməyin ki, Putin kinlidir, onun suyunu çıxaracaq. Yox, belə olmayacaq. Biz dünən nahardan sonra telefonda Priqojinlə “Vaqner” şirkətinin gələcəyini müzakirə elədik. Mənə bunu dedi: “Biz Rusiyanın xeyrinə işləyəcəyik və öz borcumuzu axıra qədər yerinə yetirəcəyik”.
Xəbər verdiyimiz kimi, Lukaşenko bugünkü açıqlamasında Yevgeni Priqojinin hazırda Rusiyanın Sankt-Peterburq şəhərində olduğunu bildirib”.
Hürr Tərcüman