"Putin Priqojini öldürdü" - Zelenski
2023-09-08 14:01:00
“Putin çaşqınlıq içindədir - bir şəxs kimi, siyasətçi kimi. Priqojini öldürdü - ən azı bundan xəbərimiz var. Priqojini həyatını itirəndə Ukraynada yas tutmadıq" deyə Zelenski söyləyib. Ukrayna prezidenti Kiyevdə Yalta sammitində deyib: "Bizim üçün bir terrorçu da azaldı".
Zelenski qeyd edib ki, ruslar vaqnerçilərin arxasında gizləndikləri, özlərini qabağa atdıqları üçün onlar ruhdan düşmüşdülər, onlar geri qayıtmamalı idilər. “Düşünürəm ki, onlar muzdluların, vaqnerçilərin canları arxasında gizlənərək bu müdafiəni itiriblər. Bu, şübhəsiz ki, bizim üçün plyusdur”, Zelenski ifadə edib.
Ukrayna prezidenti Putinin Priqojinin ölümündə əli ola biləcəyinə dair qənaətin hansı məlumatlara əsaslandığını dəqiqləşdirməyib.
Ülviyyə, Hurriyyet.az