Putin Priqojinin dəfninə gedəcəkmi? Peskovdan açıqlama
2023-08-29 13:58:35
Hurriyyet.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin “Vaqner” şirkətinin rəhbəri olmuş Yevgeni Priqojinin dəfn mərasimində iştirak etməyəcəyini bildirib.
Peskov deyib: “Prezidentin iştirakı planlaşdırılmır. Konkret olaraq, dəfn mərasimi barəsində informasiyaya malik deyilik. Bu barədə qərarı doğmaları və yaxın adamları verir. Biz onların əvəzindən heç nə deyə bilmərik”.
Hürr Tərcüman