📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin Qarabağa göndərdiyi generalı təltif etdi

2024-05-15 17:00:20

Putin Qarabağa göndərdiyi generalı təltif etdi

Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı general-mayor Kirill Kulakov Rusiyanın "Şücaət" ordeni ilə təltif olunub.

Hurriyyet.az xəbər verir ki, orden Kirill Kulakova Xocalı rayonunda yerləşən Rusiya sülhməramlılarını yolasalma mərasimi zamanı təqdim olunub.

Həmçinin, bir qrup rus hərbi qulluqçu sülhməramlı kontingentdə fərqləndiklərinə görə medallarla təltif olunublar.

axar.az