📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin Qarabağdakı Rusiya sülhməramlılarına təşəkkürünü bildirdi

2021-12-21 17:41:00

Putin Qarabağdakı Rusiya sülhməramlılarına təşəkkürünü bildirdi

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin peşəkar, dözümlü və möhkəm olduqları üçün Qarabağdakı Rusiya sülhməramlılarına təşəkkürünü bildirib. Putin Rusiyanın Müdafiə Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasındakı çıxışında deyib: “Sülhməramlı vəzifəsini yerinə yetirən şəxsi heyətə peşəkar, dözümlü və möhkəm olduqları üçün təşəkkürümü bildirirəm. Daha çox onların sayəsində humanitar vəziyyət yaxşılaşıb, bir sıra rayonlar minalardan təmizlənib, sosial infrastruktur obyektləri bərpa edilib, tarix və mədəniyyət abidələri saxlanılıb”.

Hürr Tərcüman