📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin Qasım Süleymaninin ölümünə hiddətləndi: “Biz harada yaşayırıq?” - VİDEO

2022-10-27 22:27:00

Putin Qasım Süleymaninin ölümünə hiddətləndi: “Biz harada yaşayırıq?” - VİDEO

Hurriyyet.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin İran generalı Qasım Süleymaninin öldürülməsindən hiddətlənib.

“Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında çıxış edən Putin deyib: “Heç nədən utanmırlar. Durub Qasım Süleymanini, İran generalını öldürdülər. Süleymaniyə istədiyiniz münasibəti bəsləyə bilərsiniz. Lakin o, başqa bir dövlətin rəsmi şəxsidir. Üçüncü ölkənin ərazisində öldürdülər və dedilərki, bəli, biz öldürmüşük. Ümumiyyətlə, bu, nə deməkdir və biz harada yaşayırıq?”

İran İnqilab Keşikçiləri Korpusunun generalı Qasım Süleymani 2020-ci ilin yanvar ayında İraqda öldürülmüşdü. Bundan sonra ABŞ Prezidenti Donald Tramp açıqlama verərək demişdi: “Amerika Silahlı Qüvvələri uğurla dəqiq zərbə endirərək dünyanın bir nömrəli terrorçusu Qasım Süleymanini öldürdü”.

2022-ci il 25 oktyabr tarixində isə İranda İnqilab Keşikçiləri Korpusunun polkovniki Mehdi Molaşahi və “Bəsic” təşkilatının komandiri Cavad Kayha öldürülüb.

Bəzi mənbələrin iddiasına görə, məhz bu komandirlər İranın kamikadze dronlarının Ukraynada müharibə aparan Rusiyaya göndərilməsinə cavabdeh olublar.

Hürr Tərcüman