📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin Qətərə səfərə hazırlaşır

2024-10-03 09:00:00

Putin Qətərə səfərə hazırlaşır

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Qətər əmiri Şeyx Təmim bin Məhəmməd Əl Taninin dəvəti ilə bu ölkəyə səfər edəcək. Həmçinin, Qətər əmirinin də Moskvaya səfəri gözlənilir. Bu barədə Qətərin Rusiyadakı səfiri Əhməd Bin Nəsir Bin Casim Əl Tani məlumat verib. Onun sözlərinə görə, hazırda səfərlərin hansı tarixlərdə keçiriləcəyi məsələsi müzakirə edilir.
İki dövlətin liderləri iyulun əvvəllərində Qazaxıstanda keçirilən ŞƏT sammiti zamanı görüşərək bir-birini ölkələrinə dəvət ediblər. 
Hürr Tərcüman