📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putin: “Qeyri-ənənəvi dəyərlərə qarşı padizəhər axtarmaq lazımdır”

2021-12-23 17:03:00

Putin: “Qeyri-ənənəvi dəyərlərə qarşı padizəhər axtarmaq lazımdır”

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadən xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ənənəvi illik mətbuat konfransında Rusiyanın xaricdən gələn qeyri-ənənəvi dəyərlərə qarşı “padizəhər” axtarmalı olduğunu bəyan edib.

Qərbin “qeyri-ənənəvi” dəyərləri və bu axının Rusiyaya təsiri barəsində suala cavab verən Putin deyib: “Gələn axından qaçmaq mümkün olmur. İndiki dünya şəraitində, internetin, müasir kommunikasiyaların olduğu dövrdə bu, qaçılmazdır. Bu eynilə pandemiya, koronavirus infeksiyası kimi bir şeydir. Burada da yeni ştammlar peyda olur. Biz bundan heç yerə qaça bilmərik. Sadəcə biz bu zəhərə qarşı effektli padizəhər tapmalıyıq. Kim isə qadınla kişinin heç bir fərqinin olmadığını güman edir. Allah xatirinə, sağlam düşüncə deyilən bir şey var”.

Hürr Tərcüman