Putin: Qəzzadakı vəziyyət müharibəyə yox, əhalinin tamamilə məhv edilməsinə bənzəyir
2024-06-05 23:53:45
Hurriyyet.az
Putin: Qəzzadakı vəziyyət müharibəyə bənzəmir. HƏMAS-ın hücumuna İsrailin cavabı müharibəyə bənzəmir.
Hürriyyət.az APA-nın Rusiya bürosuna istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq Forumu çərçivəsində xarici media orqanlarının rəhbərləri ilə görüşündə bildirib.
O, Qəzzadakı vəziyyətin müharibəyə deyil, əhalinin tamamilə məhv edilməsinə bənzədiyini söyləyib.
Putin Yaxın Şərqdəki münaqişənin Fələstin dövlətinin yaradılması və tanınması yolu ilə həll edilməli olduğunu qeyd edib.